_

LAYİHƏ LOGİSTİKASI

_
_

Böyük ölcülü, ağır və təhlükəli yüklərin daşınması

_

Böyük ölçülü, ağır və təhlükəli yüklərin daşınması – xüsusi texnika, avadanlıq, müşayiət, icazə, ilkin razılaşma və təcrübə tələb edən mürəkkəb prosesdir.

Böyük ölçülü (ağır) yüklər – faktiki ölçüləri və ya çəkisi bu cür yüklərin daşındığı ölkələrdə müəyyən edilmiş icazə verilən maksimum dəyərlərdən yüksək olan yüklərdir.

Böyük ölçülü (ağır) yüklərin daşınması, daşımanın həyata keçirildiyi ölkədən asılı olaraq fərqlənə bilən iriqabaritli və ya həddindən artıq ağır yüklərin daşınması qaydaları ilə tənzimlənir.

Böyük ölçülü, ağır və təhlükəli yüklərin daşınması xidmətlərinə aşağıdakılar daxildir:

  • Böyük ölçülü və ağır yüklərin daşınması üçün icazələrin alınması
  • Daşınma qaydalarını, tələblərini, müştərilərin istəklərini nəzərə alaraq, optimal daşınma marşrutunun hazırlanması
  • Müxtəlif qurumlarla əlavə detalların razılaşdırılması
  • Maneəsiz, ardıcıl və təhlükəsiz yük daşınmasını təmin etmək üçün böyük ölçülü yüklərin müşayiəti
  • Peşəkar mütəxəssislər tərəfindən konsultasiya
_

Çarter yükdaşımaları 

_

Çarter reysi ilə yüklərin çatdırılması xidməti əksər hallarda təcili və xüsusilə qiymətli yükləri göndərən hüquqi və fiziki şəxslər üçün aktualdır. Bu kateqoriyaya böyük ölçülü, təhlükəli və zəmanətli dəyəri və təhlükəsizliyi daşınma xərclərinin dəyərini əhəmiyyətli dərəcədə üstələyən digər yüklər daxildir. Xidmət həmçinin sadəcə minimal risklərə deyil, həm də ən yüksək çatdırılma sürətinə üstünlük verənlər üçün də aktualdır.

Çarter reysi ilə daşınma bəzən təcili şəraitdə, bəzən – təhlükəsizliyi (qiymətli yük) təmin etmək üçün, bəzi hallarda isə yükün A nöqtəsindən B nöqtəsinə çatdırılması üçün yeganə mümkün variantdır.

Bu, ya müntəzəm uçuş cədvəlinin əlverişsizliyi, ya da digər nəqliyyat vasitələri ilə çatdırılmanın mümkün olmaması ilə əlaqədardır.

Çarter yükdaşımaları – yüklərin çətinliklə gedilə bilən ərazilərə təcili daşınmasına ehtiyacı olanlar üçün ən yaxşı seçimdir. Bu, yüksək sürətin, tam təhlükəsizliyin təminatı, eləcə də demək olar ki, istənilən növ malların daşınması üçün əla fürsətdir.