__
ANBAR XİDMƏTLƏRİ
__
Yükləmə-boşaltma işləri
Yükləmə və boşaltma işləri – anbar logistikasının mühüm tərkib hissəsidir. Yükləmə-boşaltma işləri – müxtəlif növ yüklərin yüklənməsi və boşaldılmasına yönəlmiş saxlama xidmətləri çərçivəsində görülən işlər kompleksidir. İş həm əl ilə, həm də xüsusi avadanlıqdan istifadə etməklə həyata keçirilə bilər. Müştərilərin yüklərinin vaxtında çatdırılması işin bu növündən birbaşa asılıdır.
Anbarda yükləmə-boşaltma işlərinə aşağıdakı iş növləri daxildir:
- nəqliyyatın boşaldılması
- malların qəbulu
- malların sonrakı saxlanması üçün yerləşdirilməsi və düzülməsi
- saxlama yerlərindən malların seçilməsi
- malların qablaşdırılması və komplektləşdirilməsi
- anbar daxilində malların hərəkəti
- nəqliyyata yükləmə
- təyinat yerinə çatdırılma
Retems Logistics şirkətinin peşəkar əməkdaşları sifarişlərin həcmindən asılı olmayaraq, bütün iş proseslərini optimallaşdıraraq, seçilmiş malların vaxtında qəbulunu, yüksək keyfiyyətli saxlanılmasını və göndərilməsini həyata keçirirlər.