_

TARİX

_

RETEMS LOGISTICS şirkətinin tarixi 2011-ci ildə Azərbaycanda, Bakı şəhərində başlamışdır. Şirkətimiz müştərilərin yüksək tələblərinə, bazar ehtiyaclarına və məqsədlərinə cavab verən peşəkar bir logistika xidməti təqdim edir. Peşəkarlığımızın keyfiyyətcə təsdiqlənməsi – müştərilərimizin müsbət rəyləri və etibarı, onlarla uzunmüddətli əməkdaşlıqdır.

RETEMS LOGISTICS – enerji, mədən, kimya, neft–kimya, boru kəməri, infrastruktur və digər sektorlara xidmət edən mühəndislik, satınalma və tikinti şirkətləri üçün layihə yüklərinin idarə olunmasını təklif edir. Bu yüksək səviyyəli daşımalar göndərilmə nöqtəsindən təyinat nöqtəsinə qədər fərdi nəqliyyat planlaşdırmasını tələb edir.

Təchizat zəncirinin idarəedilməsi üzrə tam kompleks xidmətlər təklif edirik: ümumi yükdaşımalar, layihə logistikası, gömrük xidmətləri və anbar xidmətləri.