_

ANBAR XİDMƏTLƏRİ 

_
_

Qablaşdırma və yenidən qablaşdırma 

_

Retems Logistics məhsulun qablaşdırma və yenidən qablaşdırma xidmətlərini təklif edir. Yüksək keyfiyyətli iş – ehtiyatlı daşınmanın açarıdır və bu daşınma ərzində mallar öz əməliyyat və estetik parametrlərini saxlayır. Xidmət qüvvədə olan standartlara tam uyğun şəkildə və müştərinin istəkləri nəzərə alınmaqla təqdim edilir. Müştəri, işini bizim şirkətimizə həvalə etməklə, özü etdiyi qablaşdırma ilə bağlı əhəmiyyətli xərclər və vaxt itkisi barədə unuda biləcək.

Anbarda qablaşdırmanın və yenidən qablaşdırmanın üstünlükləri

Malların qablaşdırılması və yenidən qablaşdırılması xüsusi taralardan istifadə etməklə həyata keçirilir. Məhsulun növündən asılı olaraq aşağıdakılar istifadə olunur: paketlər, kisələr, karton qutular, yeşiklər və s. Personalın müştərilərin sifarişlərini yerinə yetirdiyi anbar sahələri bütün lazımi avadanlıq və yükləmə mexanizmləri ilə təchiz olunub. Məhsulun qablaşdırılması və yenidən qablaşdırılması xidmətinin üstünlükləri aşağıdakılardır:

  • qablaşdırmanın içindəki malların bütövlüyünün təmin edilməsi
  • məhsulların saxlanma şəraitinə uyğunluq
  • mallara və istehsalçılara aid sənədlərin hazırlanması
  • daşınma, yükləmə və boşaltma işlərinin rahatlığına zəmanət