_

ANBAR XİDMƏTLƏRİ

_
_

Markalama və etiketləmə 

_

Məhsulun və yükün markalanması – məhsula tətbiq edilən xüsusi barkoddur. Onun əsas məqsədi malların xassələri və xüsusiyyətləri, onların yüklənməsi, saxlanması və ya daşınması şərtləri haqqında əsas məlumatları logistik zəncirin iştirakçılarına çatdırmaqdır.

Retems Logistics barkodlar və anbar etiketlərindən istifadə edərək, alınan hər bir sifarişi etiketləyir. Belə bir əməliyyatın həyata keçirilməsi anbarda malların və məhsulların düzülməsinə, habelə stellajlarda çeşidlənməsinə nəzarət etməyə kömək edir.

Markalama və etiketləmə xidməti nə üçün lazımdır?

Markalama və etiketləmənin əsas rolu anbara qəbul edilən mallarla işi sadələşdirməkdir. Kiçik stikerlər, işarələr və ya etiketlərin köməyi ilə siz hər hansı bir məhsulu müəyyən edə bilərsiniz ki, gələcəkdə həmin məhsulun yalnız vizual yoxlanışını həyata keçirərək, onun barəsində bütün lazımi məlumatları öyrənəsiniz. Bu aspekt malların saxlanması üçün lazımi şəraitin yaradılması və müşahidə edilməsi üçün vacibdir.

Məhsulun etiketlənməsinin mümkün qədər məlumatlı olması üçün bu əməliyyatın yerinə yetirilməsinə müəyyən tələblər qoyulur. Etiketlər aşağıda qeyd edildiyi kimi olmalıdır:

 

  • Yüksək keyfiyyətli və davamlı çapı təmin edən materialdan hazırlanmalıdır
  • Markalanacaq olan səthə etibarlı şəkildə bərkidilməlidir
  • İstənilən temperatur şəraitinə davamlı olmalıdır

Tətbiq olunan markalanma daşıyıcı üçün də zəruridir, çünki o, yükün xüsusiyyətləri barədə ona məlumat verir. Mallarla əyani tanışlıqdan sonra, daşıyıcı sifarişi təhlükəsiz və sağlam çatdırmaq üçün optimal marşrutu planlaşdırır.